Dünyanın 4-cü böyük heyvanxanası Türkiyədə- - Fotolar

dunyanin-4-cu-boyuk-heyvanxanasi-turkiyede-
Oxunma sayı: 2235


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən zooparka 25 növ olmaqla 250-dən artıq heyvan gətiriləcək. Qaziantep Böyükşəhər Bələdiyyə sədri Fatma Şahinin göstərişilə bir il əvvəl qurulmağa başlanılan heyvanxananın açılışı 23 Aprel Milli Suverenlik və Uşaq Bayramına təsadüf edir. Ziyarətçilər xüsusi maşınlarla heyvanları izləyə biləcək. 

Zoopark rəhbərliyi heyvanxana ərazisinin tam təbii şəraitə uyğun qurulduğunu bildirir. Belə ki, digər heyvanxanalardan fərqli olaraq, Safari Parkda tel hörgülər və heyvanların hərəkətinə maneə olan digər qurğular olmayacaq. 150 hektar ərazini əhatə edən zooparka qırmızı və ala maral, dağ keçisi, tibet öküzü, dəvə, kenquru və digər heyvan növləri gətirilib. 

Açılış günü vətəndaşlar ödənişsiz olaraq heyvanxananı ziyarət edə biləcək.

Kamil