Dünyanın 60 ölkəsi Quaydonu prezident kimi tanıyıb

dunyanin-60-olkesi-quaydonu-prezident-kimi-taniyib
Oxunma sayı: 1100

Venesuela Milli Məclisinin spikeri və müxalifət lideri Xuan Quaydo hakimiyyətinin dünyanın 60 ölkəsi tərəfindən tanındığını bəyan edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu özünü prezident elan etmiş Quaydo Karakasdakı mitinq zamanı deyib: “Hakimiyyəti qəsb edənlər düşünürdülər ki, bizə qalib gələcəklər. Bu gün isə 60 ölkə bizim demokratik mübarizəmizi qəbul edib. Hər gün daha bir ölkə bizi tanıyacaq”. 

Müxalifət lideri artıq Venesuelanın xaricdəki səfirlərinin təyinatı praktikasını davam etdirəcəklərini və ölkənin pullarının oğurlanmasının qarşısını alacaqlarını deyib.