Dünyanın 70 ölkəsində “Britaniya ştammı”na rast gəlinib

dunyanin-70-olkesinde-britaniya-stammina-rast-gelinib
Oxunma sayı: 1032

Koronavirusun “Britaniya ştammı”na dünyanın 70 ölkəsində rast gəlinib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə təşkilatının (ÜST) hesabatında deyilir. Bundan başqa, 31 ölkədə hər 6 regiondan 5-də “Cənubi Afrika ştammı”na rast gəlinib.

Qeyd edək ki, Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış yeni variantı ötən il dekabrın 14-də elan edilib. Yeni ştamm 70% daha çox yoluxuculuq sürətinə malikdir.