Dünyanın ən bahalı brendlərinin - Siyahısı

dunyanin-en-bahali-brendlerinin-
Oxunma sayı: 2860

“Forbes” jurnalı dünyanın ən bahalı 100 brendinin siyahısını hazırlayıb.

“Qafqazinfo”nun jurnalın saytına istinadən verdiyi məlumata görə, siyahıda ilk yerdə “Apple” şirkəti qərarlaşıb. “Forbes” bu brendin qiymətini 154,1 milyard dollar dəyərində qiymətləndirib.
İkinci yeri 82,6 milyar dollarlıq dəyərlə “Google” xidməti, üçüncü yeri “Microsoft” şirkəti (75, 2 milyard dollar) tutub.

Ən bahalı brendlərin 10-luğu aşağıdakı kimidir:

1. Apple - $154,1 mlrd
2. Google - $ 82,6 mlrd
3. Microsoft - $75,2 mlrd
4. Coca- Cola - $58,5 mlrd
5. Facebook - $ 52,6 mlrd
6. Toyota - $42,1 mlrd
7. IBM - $41,4 mlrd
8. Disney- $39,5 mlrd
9. McDonald's - $ 39,1 mlrd
10. GE - $36,7 mlrd

Ümumiyyətlə, siyahıda ABŞ-ın 52, Almaniyanın 11, Yaponiyanın 8, Fransanın 6 brendi yer tutub.