İspaniyanın “Barselona” klubunun futbolçusu Neymarın Fransanın PSJ komandasına keçidi rəsmiləşib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
Parislilər transferin baş tutması üçün qarşı tərəfə 222 milyon avro ödəyib. Nəticədə Neymar dünyanın ən bahalı futbolçusu olub. Futbolçu ilə 2022-ci ilin iyul ayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Braziliya millisinin üzvü 2013-cü ildən “Barselona”da çıxış edirdi. O, Kataloniya klubunda 186 oyuna 105 qol vurub.
.jpeg)
Son xəbərlər
Son Xəbərlər