Dünyanın ən bahalı qol saatı satışa çıxarılıb

dunyanin-en-bahali-qol-saati-satisa-cixarilib
Oxunma sayı: 1227

İsveçrədə dünyanın ən bahalı saatları satışa çıxarılıb. Bu yeniliyə İsveçrənin Hublot şirkəti imza atıb. Ağ qızıl və brilyantlarla bəzədilmiş saatların birinin qiyməti 5 milyon dollara təklif edilir. BBC yazır ki, bu saatlardan cəmi 1822 ədəd satışa çıxarılıb.

Saatlardan altısının çəkisi 3 karatdan artıqdır. Şirkət rəhbəri Jan-Klod Biver də gələcək müştərilərini məhz bu faktı nəzərə almalarını xahiş edib. Saatların hazırlanmasına 17 usta cəlb olunub, onlar bu işə 14 ay sərf ediblər.

Bu nadir yeniliklər qapalı korporativ müəssisələrin iştirakçılarına Bazeldə nümayiş etdiriləcək.

Qeyd edək ki, Hubolt- bahalı və prestijli saat modelləri istehsal edən ən qədim və tanınmış saat şirkətlərindən biridir.

Analitiklərin fikrincə, Avropada iqtisadi böhran olmasına baxmayaraq, ötən il İsveçrə saat şirkətləri pis qazanc əldə etməyiblər. Bu saatlara xüsusi olaraq Asiyada tələbat duyulub.

islamazeri.az