Asiya ölkələrindən olan Myanmar (Burma) saflıqlar ölkəsi də adlandırılır. “Qafqazinfo” xəbər verir ki, bu ölkə haqqında mətbuatda çox az sayda material işıqlandırılsa da, ölkə əhalisinin kifayət qədər maraqlı həyat tərzi var. Ölkədə ən maraqlı yaşayış İnle gölünün ətrafındadır. Dağlar arasında olan bu gölün ətraf təbiətinə elə də insan əli dəyməyib. Burada üzən kəndlər, suda yetişən pomidor sahələri, ayaqla hərəkət etdirilən qayıqlar xarici vətəndaşları təəccübləndirə bilir. Dünyanın ən böyük daş kitabı olan Kuthadov Pagoda da bu ölkədə yerləşir. Abidələr şəhəri adlandırılan Bagan isə turistərin ən çox görmək istədikləri məkanlardan biridir. Şəhərə səyahət edənlərin sözlərinə görə, Bagan o qədər maraqlı bir görüntüyə sahibdir ki, insan yuxarıdan baxdıqda kilometrlərlə sahəyə göydən süzgəc asılmış, yerə isə minlələ abidə düşmüş kimi hiss edir.
Myammarlılar soyuq təbiətli olsalar da, qonaqpərvərdirlər. Adət-ənənələrinə bağlı olan bu insanlar danışmağı elə də sevmir. Myammarda zaman sanki ağır çəkimlə hərəkət edir. Türk səyyahlarından Rotasız Səyyah Taylanda səyahəti zamanı Myammarda olub. Səyyah bildirib ki, ölkədə qadınlar daha gözəl görünmək üçün boyunlarına dəmir halqalar taxır. Halqaların ağırlığından çiyin aşağı düşdüyü üçün qadınlar bu vasitənin boy uzatdığını zənn edir. Bunu keçmişdən gələn bir adət adlandıranlar da var. Ümumiyyətlə, götürdükdə həm təbiəti, həm də insanları ilə Myammar Asiyanın özünəməxsus ölkələrindən biridir.
Fotoqram Kamal Kayanın Myammardan hazırladığı foto-reportajı sizə təqdim edirik:
Günel Hacı









Son xəbərlər
Son Xəbərlər