Dünyanın ən böyük musiqi festivallarından biri təxirə salındı

dunyanin-en-boyuk-musiqi-festivallarindan-biri-texire-salindi
Oxunma sayı: 1264

Dünyanın ən böyük musiqi və incəsənət festivallarından biri olan Koaçella, koronavirusun yayılması səbəbindən planlaşdırılan tarixdə keçirilməyəcək.

“Qafqazinfo” “The Sun” qəzetinə istinadən xəbər verir ki, buna səbəb festivalın hər il  keçirildiyi Kaliforniya ştatının Riversayd Kaunti bölgəsində koronavirusa yoluxma faktının qeydə alınması olub.

Festivalın oktyabr ayına qədər təxirə salındığı qeyd olunur.