Dünyanın ən dəyərli futbolçusu odur - Foto

dunyanin-en-deyerli-futbolcusu-odur
Oxunma sayı: 2051

Beynəlxalq İdman araşdırmalar mərkəzi (CIES) dünyanın ən dəyərli futbolçularını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, ən dəyərli futbolçu kimi PSJ-nin hücumçusu Kilian Mbappe göstərilib. Fransa millisinin üzvünün transfer qiyməti 265,2 milyon avrodur.
 
“Mançester Siti”dən Rahim Sterlinq 2-ci (223,7 milyon avro), “Liverpul”un hücumçusu Məhəmməd Salah 3-cü (175,1 milyon avro), Dortmund “Borussiya”sının vingeri Ceydon Sanço 4-cüdür 168,9 (milyon avro).
 
Futbolçuların dəyəri yaş, oynadıqları liqa və bəzi statistikalara görə təyin edilib.