Dünyanın ən gözəl qadını seçildi- - Bu xəbərə güldü

dunyanin-en-gozel-qadini-secildi-
Oxunma sayı: 4779


“Qafqazinfo”nun məlumatına görə, jurnal aktrisanın öz xarici görünüşünü o qədər də önəmsəmədiyini yazır. Bullok “People”ın seçimini eşitdiyi zaman ürəkdən güldüyünü bildirib. 

“Əsl gözəllik sakit olandır. Ən gözəl saydığım insanlar belə görünməyə can atmayanlardır”-deyə Sandra qeyd edib. 

Jurnalın versiyasına görə, Bullokun gözəlləşməyinə əsas səbəblərdən biri 5 yaşlı oğlu Luisdir. Aktrisa özü də oğlunun onu xoşbəxt etdiyini açıqlayıb:

“Bir dəfə oğlumu yatıranda məndən niyə bu qədər qırışımın olduğunu soruşdu. Mən də buna səbəb kimi qocalığı deyil, çox gülməyimi göstərdim. Luis cavabı ilə məni təəccübləndirdi: “Ana, sən qoca deyilsən, sadəcə çox xoşbəxtsən””.