“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, anketdə iştirak edən qadınlar məşhurlardan kiminin saçını, kiminin dodağını, kiminin isə sinəsini çox bəyəndiyini deyib. Bütün bu bəyənilən bədən hissələri birləşdirildikdə isə dünyanın ən arzuolunan qadınının necə göründüyü bəlli olub.
Qadının saçları Kate Middletondan götürülüb.

Burnu Miranda Kerrdən

Dodaqları Angelina Jolidən

Cara Delevignin qalın qaşları çox bəyənilib

Megan Fox gözlərinin rəngi ilə qadınların seçimi ola bilib.

Qadınlar almacıq sümüyünü də unutmayıb. Keira Knightley bu dəfə həmcinslərindən fərqlənib.

69 yaşlı Helen Mirren isə qadınların ən çox bəyəndiyi sinəyə sahibdir.

Ideal düz qarın nahiyəsi ilə hər zaman seçilən Jennifer Aniston bu dəfə də anketdə yer almağı bacarıb.

Son olaraq dünyanın ən gözəl qadınında görmək istədikləri ayaqlar da 51 yaşlı Elle MacPhersonun olub.

Və sonda sorğunun nəticəsinə uyğun olaraq, dünyanın ən gözəl qadınının cizgiləri müəyyənləşib.

Günel Hacı
Son xəbərlər
Son Xəbərlər