“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 88 ölkənin təmsilçiləri arasından seçilən Paulina Veqa ispan, ingilis və fransız dillərində danışa bilir.
Yeddi uşaqlı ailədə böyüyən Paulina səkkiz yaşından bəri model olaraq çalışıb, hazırda Boqotı universitetində menecerlik üzrə təhsil alır. Veqa anketində etiraf edib ki, rəqs etməyi çox sevir və gözü açıq şəkildə yatır.