“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, banklardan dördü - JPMorgan, Citigroup, Barclays, RBS - onlara qarşı ABŞ cinayət məcəlləsi ilə irəli sürülmüş ittihamların əsaslı olduğunu açıqlayıblar.
Beşinci bank-UBS, baza kredit faizlərinin saxtalaşdırlması ilə bağlı ittihamla razılaşacağını bildirirb.
Ən ağır 2,4 milyard dollarlıq cəriməyə noyabr ayında ABŞ, Britaniya və İsveçrə rəsmiləri tərəfindən başlanmış istintaqa qoşulmaqdan imtina etdiyinə görə Barclays bankı məruz qalıb.
ABŞ Baş prokuroru Loretta Lynch deyib ki, 2007-ci ildən başlayaraq 5 il ərzində "demək olar ki, hər gün" valyuta dəllalları məxfi elektron yazışma imkanlarından istifadə edərək valyuta kursları ilə oynayıblar.
Onların əməlləri nəticəsində “dünya boyu saysız müştərilərə, investorlara və idarələrə zərər dəyib”- prokuror qeyd edib.
Son xəbərlər
Son Xəbərlər