Dünyanın ən iri silah alverçisi həbs edildi - Üç dövlətdən birgə əməliyyat

dunyanin-en-iri-silah-alvercisi-hebs-edildi
Oxunma sayı: 2452

Portuqaliyada dünyanın ən böyük qanunsuz silah alverçilərindən olan belçikalı Jaka Mesye tutulub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, beynəlxalq axtarışda olan 66 yaşlı Mesyenin tutulması haqda məlumatı Belçika federal polisi yayıb.

Qeyd edək ki, Mesye son 30 ildə iri münaqişələr zamanı tərəfləri silahla təchiz edən biri kimi “Marşal” və “Lis” ləqəbləri ilə tanınır. O, avtomatik silahlar, bronetexnika, vertolyotlar və digər silahların satışı ilə məşğul olub. Jaka Liviya, Çad, Pakistan və İrana ən böyük silah satıcısı olub. O, 1980-ci illərdə İran-İraq müharibəsi zamanı da İrana silah tədaürükü etməkdə şübhəli bilinir.

Mesyenin həbsi Fransa, Belçika və Portuqaliya hüquq-mühafizə orqanlarının əməkdaşlığı sayəsində mümkün olub.