“Dünyanın ən təhlükəli maşın yolu”ndakı relslər söküldü - Fotolar

dunyanin-en-tehlukeli-masin-yolundaki-relsler-sokuldu-
Oxunma sayı: 2854

İstirahət günlərində Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən yolun hərəkət hissəsindən keçən daha bir dəmir yolu relsi sökülüb. Bununla da həmin hissədə sökülən relslərin sayı 2-ə çatıb.

Qafqazinfo” xəbər verir ki, “Azəravtoyol” ASCnin yaydığı xəbərə görə, istifadəsiz qatar relsləri sökülərək, yeri kipləşdirilib. Daha sonra həmin hissələr asfaltlanıb.

Qatar relsləri şəhərin mərkəzində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə sökülüb.

Xatırladaq ki, sözügedən qatar yolu dünya mətbuatında marağa səbəb olmuş və ən təhlükəli maşın yolu kimi qeyd edilmişdi.