Meksikanın ABŞ-la sərhəddə yerləşən Tixuana şəhəri qətllərin sayına görə dünyanın ən təhlükəli şəhəri elan edilib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 2018-ci ildə Tixuanada 100 min nəfərə 138,26 cinayət hadisəsi düşüb. Bir il ərzində şəhərdə 2,64 min nəfər öldürülüb.
Reytinq cədvəlinin ikinci pilləsində Meksikanın daha bir şəhəri – Akapulko qərarlaşıb. Bir il ərzində orada 100 min nəfərə 110,5 qətl hadisəsi düşüb.
Üçüncü yerdə Venesuelanın paytaxtı Karakas gəlir. Karakasda 100 min nəfərə 99,98 qətl törədilib.
Dördüncü yeri Meksikanın Syudad-Viktoriya, beşinci yeri Syudad-Xuares tutub.
Son xəbərlər
Son Xəbərlər