Dünyanın ən təhlükəsiz ölkələrindən birində də virus tapıldı

dunyanin-en-tehlukesiz-olkelerinden-birinde-de-virus-tapildi
Oxunma sayı: 2116

Danimarkada da ilk koronavirusa yoxulma halı aşkarlanıb.

“Qafqazinfo” Reuters-ə istinadən xəbər verir ki, virus İtaliyadan qayıdan bir vətəndaşda qeydə alınıb. Bu barədə Danimarka səhiyyə orqanları məlumat yayıb. 

Xəstənin ev şəraitində karantinə alındığı bildirilir.

Qeyd edək ki, Danimarka digər Skandinaviya ölkələri ilə birlikdə rifah və sosial inkişaf səviyyəsinə görə dünyanın ən inkişaf etmiş ölkələrindən sayılır. Hətta Danimarka 2020-ci ildə səyahət etmək üçün ən təhlükəsiz ölkələr siyahısına da alınmışdı.