Dünyanın ən varlı insanlarından biri öldü

dunyanin-en-varli-insanlarindan-biri-oldu
Oxunma sayı: 2657

Milyarder Hans Rausinq 94 yaşında İngiltərədəki evində dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Hans “Tetra Pak” şirkətinin qurucusu Ruben Rausinqin oğludur. Hans şirkətə 1950-ci illərdən rəhbərlik edir və onu dünya bazarlarında tanıdıb.

Dünyanın ən varlı insanlarından hesab edilən Rausinqin sərvəti 12 milyard dollardır.