Dünyanın ən “xəsis” milyarderləri...- - Fotosessiya

dunyanin-en-xesis-milyarderleri-
Oxunma sayı: 2127


“Qafqazinfo” xarici KİV-ə istinadən bəzi milyarderlərin həyatından maraqlı məqamları sizə təqdim edir. Əlbəttə ki, onlar içərisində şəxsi adası olan da var, amma hələ də 7 dollarlıq köynəkdə gəzənlər də. O qədər pulu olmasına baxmayaraq təvazökar bir həyat yaşayan məşhurların və milyarderlərin “belə edirlər ki, milyarder olurlar” deyəcəyiniz məqamlar:

Carlos Slim Helu – Nə təyyarəsi var, nə də yaxtası.

Ona dünyanın ən varlı şəxsi deyə bilərik. Bilinən sərvəti 75 milyard dollardan çoxdur.  "Mən bir Aya gedib gəlim" deyə biləcəyi kosmos gəmisini ala biləcək imkana sahib olan Carlosun hal-hazırda nə yaxtaları, nə təyyarələri, nə də dünyanın dörd bir yanında şəxsi adaları var. Milyarder 5 yataq otaqlı 2 mərtəbəli bir evdə yaşayır. 10 ildir ki, eyni avtomobilini istifadə edir.

Mark Zuckerberg - Avtomobilinin dəyəri 30 min dollardır.

Son illərin ən çox danışılan və gündəm mərkəzində olan “Facebook”un qurucusunun sərvəti 20 milyard dollardan çoxdur. Yaratdığı sosial şəbəkədəki hesabından da təvazökar biri olaraq tanıdığımız Zuckerberg gündəlik həyatında da bu xüsusiyyətini qoruyub saxlaya bilib. Onun avtomobilinin qiyməti 30 min dollardır və hər gün işə onunla gedib gəlir. Bundan başqa, sevərək geydiyi 7 dollarlıq köynəklər və ortopedik tərlikləri onun üçün əvəzsizdir.

Varren Buffet - 60 ildir ki, eyni evdə yaşayır.

Warren Buffet “Forbes” jurnalının 2008-ci il siyahısında "Dünyanın ən zəngin adamı" seçilib. 70 milyard dollardan çox bir sərvəti var. Ancaq bütün bunlara baxmayaraq milyarder 60 ildən çoxdur ki, təxminən 200 min dollar qiyməti olan evini dəyişmək fikrində deyil. Əgər bu qiyməti milyarder üçün kifayət qədər hesab edib “nə olsun” deyirsinizsə, xatırladaq ki Bakının Atatürk prospektində fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulan torpaq sahələrinin 1 sotu 200-250 min dollar arasında dəyişir. Yəqin ki, müqayisədən sonra nə demək istədiyimizi yaxşı başa düşdünüz.

T. Boone Pickens - Bədxərclik etməmək üçün üstündə nəğd pul gəzdirmir. 

87 yaşkı sahibkarın sərvəti 3 milyard dollardır. Pickensin məktəb vaxtından qalan maraqlı bir xüsusiyyəti var: Hər gün evdən çıxanda nə qədər pul xərcləyini hesablayır və üstündə o qədər pul götürür. Kredit kartından da istifadə etməyəm milyarder bədxərc olmamağa xüsusi diqqət göstərir. 

Fəsil endirimlərini xüsusi diqqətlə izləyən 3 ulduz: Hillari Svank, Ladi Gaga, Kristen Bell

Bu üç ulduzun hər birinin illik gəlirləri milyon dollarlarla ölçülür. Ancaq üçü də endirim xəstəsidir. Hillari Svank bu xüsusiyyəti ilə fəxr edir, çünki əziyyətli bir uşaqlıq dövrü keçirib və yoxsulluğun nə olduğunu çox gözəl bilir. Hər z man mağazaların endirim zamanlarını diqqətlə izlədiyindən qürurla danışır. Bu yaxınlarda Bakıya gəlmək üçün razılaşdığı məbləği də nəzərə alsaq, dünyanın ən çox qazanan pop ulduzlarından biri kimi təqdim edə biləcəyimiz Ladi Gaga da bir neçə dəfə bazarda, endirim olan mağazalarda görüntülənib.

Chuck Feeney - Menyudakı ən ucuz ikinci şərabı seçir.

“Duti Free”nin qurucusu Chuck Feeney gördüyü işlərlə dünyanın “yardım mələkləri”ndən biridir. Belə ki, milyarder uşaq və səhiyyə sahəsində yaradılan dərnəklərə bu günə qədər 4 milyard dollardan çox yardım edib. Nə geyiminə pul xərcləyir, nə də ki yeyib içdiyinə. Deyilənə görə, restoranda hər zaman menyudakı ən ucuz ikinci şərabı seçir. Artıq bu onda vərdiş halına gəlib.

İngvar Kamprad - Markasının ən ucuz məhsullarından istifadə edir.

“IKEA”nın qurucusunun sərvəti 4 milyard dollara yaxındır. Evini başdan ayağa şirkətinin ən ucuz məhsulları ilə dekorasiya etdirib. Ucuz restoranların müdavimlərinin dediyinə görə, bir axşam yeməyinə 50 dollardan çox ödəməmək kimi bir prinsipi var. İngvar Kamprad marketlərdə tez-tez endirim kuponundan istifadə etməyi də unutmur.

Günel Hacı

“Qafqazinfo”