Bəylər arasında keçirilən "Kainat gözəli-2022" yarışmasının qalibi kərküklü Dərya Kamil olub. İraqda təşkil olunan yarışmanın qalibi sosial şəbəkələrdə gündəm olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, D.Kamil onu tənqid edənlərə cavab verib.
"Bəzilərinin mənim haqqımda nə dediyi məni maraqlandırmır. Boş yerə paxıllıq etməyin mənası yoxdur", - deyə o cavab verib.
15 ölkənin qatıldığı yarışmada birinci yerə layiq görülən kərküklü atlet və həkim Dərya Kamilin birinci yeri tutması sosial şəbəkədə müzakirələrə səbəb olub.
Bəyənməyənlər "Kainatın bundan xəbəri varmı?”, “Bəlkə, daxili gözəlliyinə baxıblar”, “Koronavirusa görə heç kim müsabiqəyə qatılmadı?” və “Kainatın tarazlığı pozulub” şərhlərini yazıblar.
Kamil bildirib ki, gənc yaşlarından intizamlı və ardıcıl çalışaraq uğur qazanıb:
“Boş yerə paxıllıq etməyin mənası yoxdur. Bu adı qazandığım üçün xoşbəxtəm. Mən ərəb dünyasındakı gənclərə yaxşı nümunə göstərmək istəyirəm. Gəncləri narkotikdən, spirtli içkidən uzaq tutmağa çalışıram. Ən böyük arzularım idman sahəsində iz buraxmaq, kasıblara, kimsəsizlərə kömək etməkdir".




Son xəbərlər
Son Xəbərlər