Dünyanın ən yaşlı cütlüyü onlar oldu - Yeni rekord + Fotolar

dunyanin-en-yasli-cutluyu-onlar-oldu
Oxunma sayı: 3248

Yaponiyada yaşayan 108 yaşlı Masao Matsumoto və 100 yaşlı Miyako Sonoda cütlüyü dünyanın ən yaşlı cütlüyü olaraq “Ginnesin Rekordlar Kitabı”na düşüblər.

“Qafqazinfo” xəbər verir ki, ümumilikdə 208 yaşı olan cütlük 81 ilə yaxındır evlidirlər. Onlar 1937-ci ilin 20 yanvarında ailə qurublar.

Yaşları 66 və 77 arasında olan 5 qızı olan Masao və Miyakonun 13 nəvəsi və 24 nəticəsi var.

Qeyd edək ki, rekord onlardan öncə danimarkalı Karl Dolven və Qurdren Dolven cütlüyündə idi. 2004-cü ildə bu cütlük 210 yaşında olarkən Qurdren vəfat etmişdi.