Dünyanın ən yaşlı insanı kimi “Ginnes”ə düşdü - Fotolar

dunyanin-en-yasli-insani-kimi-ginnese-dusdu
Oxunma sayı: 5078

116 yaşlı yaponiyalı Kane Tanaka dünyanın ən yaşlı insanı elan edilib.

“Qafqazinfo” xəbər verir ki, “Ginnesin rekordlar kitabı”na düşən Tanaka 1903-cü il yanvarın 2-də anadan olub. O, səkkizuşaqlı ailənin 7-ci övladıdır. Hazırda Fukuoka prefekturasında yaşayan Kanenin 4 doğma, bir ögey övladı var. 

Qeyd edək ki, Tanakadan əvvəl bu status Tiyo Miyakonun olub. O, ötən il 117 yaşında dünyasını dəyişib. İndiyədək bu rekord 122 il yaşayan Janna-Luiza Kalmenə məxsus olub.