2016-cı ilin martından etibarən dünyanın ən yaşlı kişisi olaraq “Ginnesin Rekordlar Kitabı”na düşmüş Yisrael Kristal 113 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 15 sentyabr 1903-cü ildə Polşada doğulan Yisrael Kristal Hitler dövründə Auşvitz həbs düşərgəsindən qaçmağa nail olub.
Düşərgədə həyat yoldaşını və 2 uşağını itirən Kristal, oradan qaçdıqdan sonra bir müddət gizlənib. 1950-ci ildə isə İsrailə köçüb və ömrünün axırına qədər orada yaşayıb.
Onun hazırda 2 uşağı, 9 nəvəsi və 32 nəticəsi var.
Son xəbərlər
Son Xəbərlər