Dünyanın ən yaşlı kişisi öldü

Dünyanın ən yaşlı kişisi öldü
Oxunma sayı: 2538

İspaniyada yaşayan və “Ginnesin Rekordlar Kitabı”na görə dünyanın ən yaşlı adamı olan Saturnino de la Fuerte 113 yaşına az vaxt qalmış vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın EFE xəbər agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bu səhər evində dünyasını dəyişən Saturnino De la Fuertenin fevralın 12-də 113 yaşı tamam olacaqdı.

Xəbərdə De la Fuertenin 10 sentyabr 2021-ci ildə 112 yaş 211 günlük yaşı ilə "dünyanın ən yaşlı kişisi" olaraq “Ginnesin Rekordlar Kitabı”na düşdüyü qeyd edilib.

İspaniyada Kral XIII Alfonso (1886-1941) dönəmində doğulan, 1918-ci ildə ispan qripi, 1923-cü ildə Primo de Rivera diktaturası, II Respublika (1931-1939), Vətəndaş müharibəsi (1936-1939) görmüş və diktator Frankonun (1939-1975) dönəmində yaşayan De la Fuerte Leon şəhərində COVID-19-a qarşı peyvənd edilmiş ilk insan idi.

8 övladı, 14 nəvəsi və 22 nəticəsi olan De la Fuertenin dəfn mərasiminin sabah keçiriləcəyi açıqlanıb.

Qeyd edək ki, De La Fuertedən 1 ay sonra doğulan dünyanın ən yaşlı ikinci adamı olan puerto-rikolu Emilio Flores də bir neçə gün əvvəl vəfat edib.