Dünyanın ən yaşlı kişisi vəfat etdi

dunyanin-en-yasli-kisisi-vefat-etdi
Oxunma sayı: 2415

Fevralın 23-də Yaponiyada dünyanın ən yaşlı kişisi – Niiqata prefekturasının sakini Titetsu Vatanabe 112 yaşında dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə fevralın 25-də “Kiodo” agentliyi xəbər verib.

Yaponiyalı uzunömürlü 1907-ci il martın 5-də anadan olub. 2020-ci ilin fevral ayının əvvəlində onun adı dünyanın ən yaşlı kişisi kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdi.

Daha əvvəl də “dünyanın ən yaşlı kişisi” titulunu Yaponiya sakini daşıyırdı. 113 yaşlı Masadzo Nonaka ötən ilin yanvarında dünyasını dəyişmişdi.

Dünyanın ən yaşlı insanı isə 117 yaşlı Fukuoka Kane Tanakadır. O, Yaponiyanın Fukooka prefekturasında yaşayır.