Berlin Oplimpiadasının çempionu Şandor Tariks 102 yaşında dünyasını dəyişib. Bu xəbəri çempionun qızı verib.
“Qafqazinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, Budapeştdə anadan olmuş Şandor Tariks Olimpiya oyunlarının qızıl medalını 1936-cı ildə su polosu üzrə yarışlarda qazanıb.
1949-cu ildə Tariks ABŞ-a köçüb. Burada o, memarlıq və mühəndisliklə məşğul olub.
Şandor dünyada ən qocaman olimpiya çempionu və İkinci Dünya Müharibəsindən əvvəl keçirilmiş Olimpiadaların yeganə canlı iştirakçısı idi.
Son xəbərlər
Son Xəbərlər