Dünyanın ən yaşlı pandası öldü

dunyanin-en-yasli-pandasi-oldu
Oxunma sayı: 4038

Dünyanın nəzarət altında saxlanılan ən yaşlı erkək pandası ölüb.

“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, 35 yaşlı pandanın səhhətində problemlər yaranıb və o, daha çox əziyyət çəkməməsi üçün evtanaziya edilib. 

Məlumata görə, adı “An An” olan sözügedən bu panda Çin hökuməti tərəfindən 23 il əvvəl Honq-Konqun Okean Parkına hədiyyə edilib. 

Qeyd edək ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) məlumatına görə, pandaların vəhşi təbiətdəki orta ömrü 14-20 il olsa da, onlar nəzarət altında daha çox yaşaya bilirlər.

Nəzrin Cavadzadə