Dünyanın ən yaşlı qadını vəfat edib

dunyanin-en-yasli-qadini-vefat-edib
Oxunma sayı: 2476

Dünyanın ən yaşlı qadını Fatima Mirzəqulova 127 yaşında tacikistanın Soqd əyalətinin Aşt rayonunda dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mirzəqulova vəsiyyəti əsasında Dahan kəndində dəfn olunub.

Qeyd edək ki, Fatimə Mirzəqulova orta məktəbi bitirib və heç vaxt ciddi xəstəliyi olmayıb. Onun 8 övladı – 5 qızı, 3 oğlu, 200-dən çox nəvə, nəticə və kötücəsi olub.

Fatimə Mirzəqulova 13 mart 1893-cü il tarixində dünyaya gəlib.