Dünyanın ən yaşlı sakini 117 yaşını qeyd etdi

dunyanin-en-yasli-sakini-117-yasini-qeyd-etdi
Oxunma sayı: 2131

Dünyanın ən yaşlı sakini Kane Tanaka 117 yaşını qeyd edib. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu münasibətlə onun yaşadığı “qocalar evi”ndə tədbir keçirilib.

Müəssisə rəhbərliyi tərəfindən təşkil olunmuş şadlığa digər sakinlər də qatılıb. Məclisin əsas təamı çiyələk və kremlə bəzədilmiş böyük tort olub.

“Çox dadlıdır. Yenə istəyirəm”, - “Kiodo” agentliyi səbəbkarın sözlərini sitat gətirib.

Kane Tanakanın adı 2019-cu ilin 9 mart tarixində Ginnesin Rekordlar Kitabına daxil edilib. O vaxt onun 116 yaşı olub. Tanaka 1903-cü il yanvarın 2-də Fukuoka prefekturasında anadan olub.