İsveçrədəki məşhur “Hôtel de Ville” restoranına başçılıq edən, dünyanın ən yaxşı aşpazı hesab olunan Benua Violyö intihar edib.
“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, polisin məlumatına əsasən 44 yaşlı kulinar özünə atəş açıb. Onun cəsədi Lozanna yaxınlığında yerləşən Krisyö şəhərindəki evindən tapılıb.
Fransız əsilli Violyö əfsanəvi “Hôtel de Ville” restoranının baş aşpazı idi. 2015-ci ildə müəssisə fransız mütəxəssislər tərəfindən tərtib edilən “La Liste” reytinqində dünyanın ən yaxşı 1000 restoranı arasında ilk yeri tutub.
Faciəvi insidentin təfərrüatlarının aydınlaşdırılması üçün prokurorluq tərəfindən təhqiqat aparıldığı bildirilir.
Son xəbərlər
Son Xəbərlər