Dünyanın ən yaxşı oteli - Fotolar

dunyanin-en-yaxsi-oteli
Oxunma sayı: 4288

Hindistanın Codxpur şəhərində tikilən əzəmətli Umaid Bhawan Palace sarayı TripAdvisor turistik saytının versiyasına görə dünyanın ən yaxşı oteli seçilib.

“Qafqazinfo”nun buro247.az-a istinadən verdiyi məlumata görə, 1928-1943-cü illər arasında ar-deko və renessans stilində tikilən otel 10 hektardan çox ərazi tutur. Otel tovuzların gəzdiyi gözəl bağlar və hovuzlarla əhatə olunub. İçəridə 347 nömrə, mərmər döşəmələr, parad pilləkənləri və minlərlə qiymətli eksponat var.

Otel təkcə turistlər deyil, məşhurlar arasında da populyardır. Britaniyalı aktrisa Elizabet Herlinin toyu məhz burada baş tutub. Otelin sakinləri üçün ərazi üzrə ekskursiya keçirilir, eləcə də yoqadan tenis kortlarına qədər geniş xidmətlər təqdim edilir.