Dünyanın ən zəngin insanı, “Amazon”un təsisçisi Ceff Bezos iqlim dəyişikənliyi ilə mübarizəyə 10 milyard dollar iyanə edəcək. “Qafqazinfo” bildirir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.
Milyarder “Yer Fondu”nun yaradıldığını açıqlayıb. Onun sözlərinə görə, Yer – hamımızı birləşdirən yeganə yerdir. “Gəlin onu birlikdə qoruyaq”, - biznesmen yazıb.
Bezos izah edib ki, fondun işi üçün ayrılan vəsaitlə alimlər, ekologiya fəalları, eləcə də qeyri-hökumət təşkilatlarının üzvləri dəvət olunacaqlar, hansılar ki, ətraf mühitin müdafiəsi ilə məşğul olacaqlar. Onun sözlərinə görə, əgər böyük və kiçik kompaniyalar, beynəlxalq təşkilatlar və adi insanlar bərabər işləsə, insanlar Yeri xilas edə bilər.
Son xəbərlər
Son Xəbərlər