Dünyanın ən zəngin klubları bəllidir - Ərəblər hegemonluq edir

dunyanin-en-zengin-klublari-bellidir
Oxunma sayı: 2495

“Soccerex” şirkəti dünyanın ən zəngin futbol klublarının siyahısını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, ilk yeri “Mançester siti” tutur.  Ərəb milyarder Şeyx Mənsurun sahibi olduğu komanda hamınl qabaqlayır.

 İkinci yerdə isə  İngiltərə Premyer Liqasının digər təmsilçisi “Arsenal” yer alır. 

“Üçlüy”ü isə Nasir əl-Xelaifinin sahibi olduğu PSJ tamamlayır. 

İlk “10-luq” yer alan digər klublar isə aşağıdakılardır. Maraqlıdır ki, “Barselona” bu siyahıda 10 komanda arasında yer almır. 

4. “Quançjou Everqrand” (Çin)
5. “Tottenhem” (İngiltərə)
6. “Real” (İspaniya)
7. “Mançester Yunayted” (İngiltərə)
8. “Yuventus” (İtaliya)
9. “Çelsi” (İngiltərə)
10. “Bavariya” (Almaniya)