Vaşinqtonda 5 gün davam edəcək IV Nüvə Təhlükəsizliyi Sammiti sabahdan start götürəcək.
"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, sammitə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da dəvət olunub və səfər zamanı onun ABŞ prezidenti Barak Obama ilə görüşü də gözlənilir.
Artıq Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtona yollanıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də sammitə dəvət olunan liderlər arasındadır.
Son xəbərlər
Son Xəbərlər