“Dünyanın heç bir ölkəsində kiminsə obyekti yananda ona yenisi tikilmir”

dunyanin-hec-bir-olkesinde-kiminse-obyekti-yananda-ona-yenisi-tikilmir
Oxunma sayı: 942


“Xeyli vətəndaşımız əziyyət çəkdi. Onların əmlakları sığortalanmadığına görə xeyli maddi zərərə düşdülər. Əziyyət çəkənlərin heç biri sığortlanmayıb. Onların sığortası olsaydı, ziyanı kompensasiya olacaqdı. Baxmayaraq ki, elə insanlar var idi ki, kreditlə xaricdən mal alıb gətirib orda satırdılar. Dünyanın heç bir ölkəsində kiminsə obyekt yananda ona obyekt tikilmir. Soruşurlar ki, sığortan varmı? Bu avtomatik öz həllini tapır. Bu məsələ də bizdə gündəmə gəlməlidir. Vətəndaşlar arasında maariflənmə işləri aparılmalıdır”.

 Millət vəkili əlavə edib ki, Azərbaycanda bu il sənaye ili elan olunub. O yüngül sənayenin də inkişaf etdirilməsinin vacibliyini qeyd edib. S. Novruzov bildirib ki, ən adi “maykalar”, corablar da İrandan, Türkiyədən , Çindən gəlir:

”Azərbaycanın buna potensialı olduğu halda belə mallar yenə də bu ölkələrdən gəlir. Biz bu sahəni inkişaf etdirməklə həm də yeni iş yerləri açarıq. Həm də əhalini yerli məhsulumuzla təmin edə bilərik”.

Sənədsiz evlər məsələsinə də toxunan millət vəkili bildirib ki, bu sahədə diqqəti artırmaq lazımdır: 

“Bəzən elə firmalar olur ki, bina hansısa qaçqının adına sənədləşdirilib. Və onun özünün də bundan xəbəri yoxdur. Vətəndaş bir problemi yarananda bilmir ki, kimin qapısını döysün. Əsas sahiblər isə çıxıb xaricə gedirlər. Vətəndaş da bundan əziyyət çəkir. Bu problem həll olunmalıdır”.