Dünyanın ideal üzə sahib qadınları açıqlandı

dunyanin-ideal-uze-sahib-qadinlari-aciqlandi
Oxunma sayı: 3477

Londonda Kosmetik və Plastik cərrahiyyə mərkəzini direktoru Culian De Silva ideal üz quruluşuna malik olan məşhurların adlarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, ideal xarici görünüşə sahib şəxs 23 yaşlı fələstin əsilli amerikalı model Bella Hadid seçilib. Onun üz quruluşu 94,35% ideal görünüşə yaxın göstəricilərə sahib olub.

İkinci yeri 92,44%-lə müğənni Beyons, üçüncü yeri isə aktrisa Ember Herd (91,85%) tutub.

Daha sonra ardıcıllığı Ariana Qrande (91,81%), Teylor Svift (91,64%) və model Keyt Moss (91,05%) davam etdirib.