Dünyanın ilk batareyasız telefonu hazırlandı - Video

dunyanin-ilk-batareyasiz-telefonu-hazirlandi
Oxunma sayı: 735

Vaşinqton Universitetinin mütəxəssisləri batareya istifadə etmədən bir telefon hazırlayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, telefo radio dalğalarını istifadə edərək enerji əldə edir.

Telefonun səs sistemi telsiz aparatlarda olduğu kimi danışarkən və dinləyərkən bir düyməyə basmaqla işləyir.

Telefon kütləvi şəkildə istifadə edilməsi üçün stansiyalara və simsiz ötürücülərə ehtiyac var.

Telefonu hazırlayanlar istehsalın kütləviləşəcəyi barədə məlumat verməyiblər.