“Dünyanın ilk işıqlandırılan küçəsi” indi xarabadır

dunyanin-ilk-isiqlandirilan-kucesi-indi-xarabadir
Oxunma sayı: 4701

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Hatayda "dünyanın ilk işıqlandırılan küçəsi" kimi tanınan Kurtuluş küçəsi dağılıb.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərkəzi Antakya rayonunda yerləşən küçə iki böyük zəlzələ nəticəsində xaraba qalıb, dağılmayan binalar isə ciddi ziyan görüb. 

Qeyd edək ki, bu küçə qədim dövrlər Yaxın Şərqdə zəngin insanların alış-veriş mərkəzinə çevrilibmiş. Ona görə  gecələr məşəllərlə işıqlandırılırmış (Qurtuluş Caddesi - Herod Caddesi).