Dünyanın ilk “TikTok” fakültəsi açıldı

Dünyanın ilk “TikTok” fakültəsi açıldı
Oxunma sayı: 2340

Sosial media və universitet dünyasında bir ilk yaşanıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, video paylaşım platforması olan “TikTok” adına fakültə açılıb.

Ukraynanın paytaxtı Kiyevdə açılan fakültənin məzunları da diplom alacaqlar.

Açılışı da, ölkənin “TikTok” fenomenlərindən olan Mixail Poplavski edib. Bildirilib ki, Kiyev Mədəniyyət Universitetində açılan fakültə universitet tələbələri üçün pulsuz olacaq.