Dünyanın koronavirusdan sağalan ən uzunömürlü sakini o oldu

dunyanin-koronavirusdan-sagalan-en-uzunomurlu-sakini-o-oldu
Oxunma sayı: 1996

Niderlandın 107 yaşlı vətəndaşı Karneliya Ras koronavirusa qalib gəlib.

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, bununla da o, dünyanın koronavirusdan sağalan ən uzunömürlü sakini statusunu qazanıb.

Xatırladaq ki, martın 17-də Qure-Overflakk adasında 107-ci doğum gününü qeyd edən Karneliya bir gün sonra özünü pis hiss etmiş, öskürməyə başlamışdı. Temperaturu 38 dərəcəyə yüksələn qadını xəstəxanaya yerləşdirmişdilər. Ona edilən Covid-19 testi pozitiv çıxmışdı. Rasla yanaşı, onun qocalar evindəki 40-dək qonşusunda da virus tapılmışdı. 2 həftəlik müalicədən sonra sağalan Karneliyanın qaldığı qocalar evində artıq 12 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Niderlandda 2396 nəfər koronavirusdan ölüb. Ümumi yoluxma sayı isə 21 min 800-dür.

Xatırladaq ki, martın 18-də İranın Semnan şəhərində koronavirusa yoluxan 103 yaşlı qadın da Covid-19-a qalib gəlib.