Dünyanın milli komandaları ölkəmizə gəlir

dunyanin-milli-komandalari-olkemize-gelir
Oxunma sayı: 656


Mayın 30-dan iyunun 4-ə qədər olan müddətdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında II “Caspian Cup” beynəlxalq turniri keçiriləcək.

“Caspian Cup” turniri ilk dəfə 2011-ci ildə keçirilib, Azərbaycan və iştirakçı ölkələrin futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı.

II “Caspian Cup” turnirində Azərbaycan yığması ilə yanaşı Türkiyə, Yaponiya, Gürcüstan, Qazaxıstan, Litva, Özbəkistan və Qırğızıstanın U-17 komandası iştirak edəcək. Bu turnirin təşkilində əsas məqsəd Azərbaycanda futbolun inkişafının, kütləviliyinin təmin olunması, beynəlxalq əlaqələrin genişləndirilməsidir.

II Caspian Cup turnirinin təşkili ilə bağlı artıq FIFA, UEFA və Asiya Futbol Konfederasiyası ilə müvafiq qaydada razılıq əldə olunub. Turnirin oyunlarında stadiona giriş sərbəst olacaq.

II “Caspian Cup” turnirinin təqvimini bir daha diqqətinizə çatdırırıq:

30 may

10:00. Litva – Qazaxıstan. “AZAL Arena”
10:00. Türkiyə – Gürcüstan. “Dalğa Arena”
16:30. Açılış mərasimi. “Dalğa Arena”
17:00. Azərbaycan – Qırğızıstan. “Dalğa Arena”
19:30. Yaponiya – Özbəkistan. “Dalğa Arena”

31 may
10:00. Özbəkistan – Türkiyə. “AZAL Arena”
10:00. Yaponiya – Gürcüstan. “Dalğa Arena”
17:00. Litva – Qırğızıstan. “Dalğa Arena”
20:00. Qazaxıstan – Azərbaycan. “Dalğa Arena”

2 iyun
10:00. Qazaxıstan – Qırğızıstan. “AZAL Arena”
10:00. Gürcüstan – Özbəkistan. “Dalğa Arena”
17:00. Yaponiya – Türkiyə. “Dalğa Arena”
19:15. Azərbaycan – Litva. “Dalğa Arena”

4 iyun
10:00. 7-ci yer uğrunda oyun. “AZAL Arena”
10:00. 5-ci yer uğrunda oyun. “Dalğa Arena”
17:00. 3-cü yer uğrunda oyun. “Dalğa Arena”

19:30. Final
21:15. Bağlanış mərasimi

anspress