Dünyaya səs salan Zəfər Günü

dunyaya-ses-salan-zefer-gunu
Oxunma sayı: 1065

8 Noyabr müzəffər ordumuzun 44 gün qəhrəmanlıqla savaşaraq qələbə qazandığı gündür.

Bu gün Ali Baş Komandanın iradəli siyasəti, əsgərlərimizin rəşadəti, xalqımızın həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 Noyabr tariximizə Zəfər Günü kimi yazıldı. Keçən il bu tarixdə 28 il öncə işğalçı qüvvələrin zəbt etdiyi “Qarabağın İncisi” - Şuşa şəhəri azad olundu.

“Gardashlar Mebel’’ olaraq, qürur hissi ilə bildirmək istərdik ki, Şuşa azad edilərkən istifadə olunan cığır-yolunun əbədiləşdirilməsi məqsədilə tikilən “Zəfər Yolu” layihəsini həyata keçirən “KOLİN İnşaat” və “Cengiz İnşaat”, həmçinin “Ağıllı Kənd” layihəsinin icraçısı “AS Group Investment” kimi şirkətlərin mebel təminatı bizim tərəfimizdən edilib.

Sözügedən nüfuzlu şirkətlərin bizi seçməsi təsadüf deyil: “Gardashlar Mebel’’ hər zaman öz müvəffəqiyyətini dünya səviyyəsində tanıtmağı və “Made in Azerbaijan” brendi ilə Azərbaycan mebelinin dünya bazarlarına çatdırılmasını qarşısına hədəf qoyub.

Şirkətin direktoru Əli Mirzəyev xalqımızı Zəfər Günü münasibəti ilə təbrik edir:

“44 gün davam edən müharibə dövründə xalq olaraq daim ordumuza dəstək olduq.  Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. Zəfər Günü sevincini bizə yaşatdığı üçün Ali Baş Komandana və Müzəffər Ordumuza təşəkkürümüzü bildirir və Xalqımızın hər daim rifah için də yaşamasını arzu edirəm”.