Durov bu tarixədək Fransanı tərk edə bilməz

durov-bu-tarixedek-fransani-terk-ede-bilmez
Oxunma sayı: 1380

Fransa məhkəmə sistemi teleqramın həmtəsisçisi Pavel Durovun 2025-ci ilin mart ayına qədər ölkədən çıxışına qadağa qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Paris Match” məlumat yayıb.

Nəşr vurğulayır ki, Durov daha öncə təyin edilmiş 5 milyon avroluq girovu hissə-hissə ödəyəcək.

Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.