Durovun saxlanılmasını şərh etmədilər

durovun-saxlanilmasini-serh-etmediler
Oxunma sayı: 1545

Avropa Komissiyası teleqramın həmtəsisçisi Pavel Durovun Fransada saxlanılmasını şərh etməyib.

“Qafqazinfo” xəbər verir ki, Avropa Komissiyasının Mətbuat xidməti TASS-a açıqlamasında prosesi milli araşdırma adlandırıb:

“Bu, milli araşdırmadır, biz bu məsələni şərh etmək niyyətində deyilik. Fransa rəhbərliyinə müraciət etmək lazımdır”.

Bununla yanaşı, Fransa Xarici İşlər Nazirliyi ölkənin məhkəmə sisteminin prinsiplərinə uyğun olaraq məsələni şərh edə bilmədiyini vurğulayıb. 

Xatırladaq ki, P.Durov avqustun 24-də axşam saatlarında Parisin Le-Burje hava limanında saxlanılıb. Fransa mediası yazır ki, Durov Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.

Onu da qeyd edək ki, Paris prokurorluğu avqustun 26-da Pavel Durov işi ilə bağlı açıqlama yayacağını bildirib.