Düşənbədəki partlayışda yaralananların sayı artdı

dusenbedeki-partlayisda-yaralananlarin-sayi-artdi
Oxunma sayı: 1998

Tacikistanın paytaxtı Düşənbədə yanacaqdoldurma məntəqələrinin birində güclü partlayış nəticəsində yaralananların sayı 29-a çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə ölkənin Fövqəladə Hallar Komitəsinin mətbuat katibi Umeda Yusufi bildirib.

Onun sözlərinə görə, yaralananlardan 5-i ağır vəziyyətdədir.

Yusufi bildirib ki, yanacaqdoldurma məntəqəsindəki yanğının səbəbləri araşdırılır.