“Düşərgəyə 2-3 kilo artıq çəki ilə gəlmişdi”

dusergeye-2-3-kilo-artiq-ceki-ile-gelmisdi
Oxunma sayı: 2917

“Yaxşı oyun alındı. İlk 20 dəqiqə komandamız bir az zəif oynadı, amma sonradan yaxşı çıxış etdik, komanda aqressivləşdi. Qarşıya baxmaq lazımdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan millisinin məşqçisi Arif  Əsədov Albaniyaya 1:3 hesabı ilə uduzduqları yoldaşlıq oyununda sonra keçirilən mətbuat konfransında deyib.

“Ola bilər ki, Albaniyanın gücü ilk dəqiqələrdən yaxşı oynamağıza imkan vermədi. Amma sonradan komandamız başa düşdü ki, bu rəqibə qarşı oynamaq olar” - deyə o bildirib.

A.Əsədov komandanın yeganə qolunun müəllifi Musa Qurbanlı haqda danışıb:

“Musanı növbəti oyunda da sonradan meydana girə bilər. Görürsünüz ki, o, sonradan oyuna girəndə daha effektli olur. Musa da, Mahir də hələ 90 dəqiqə oynamağa hazır deyil. Çalışırıq ki, bunları nəzərə alaq.

Emil də əvvəlki oyununu göstərmədi. Düşərgəyə 2-3 kilo artıq çəki ilə gəlmişdi. Demişəm ki, milliyə gəlirsənsə, öz formanı saxlamalısan”.