Düşmən cavab atəşi ilə susdurulub

dusmen-cavab-atesi-ile-susdurulub
Oxunma sayı: 734


"Qafqazinfo" nazirliyin saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şuraabad, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Düşmən cavab atəşi ilə susdurulub.