Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə həmsərhəd olan regionlardakı vəziyyətlə bağlı müşavirə keçirib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Putin bir sıra açıqlamalar verib. O bildirib ki, rusiyalı hərbçilər Ukrayna ordusunu Kursk vilayətinin ərazisindən çıxarmalıdır.
“Düşmən, şübhəsiz ki, layiqli cavabını alacaq və qarşımızda duran bütün məqsədlərə, şübhəsiz ki, nail olacağıq”, - Rusiya Prezidenti deyib.