Aprelin 1-dən 2-ə keçən gecə erməni hərbi birləşmələrinin Füzuli rayonunun təmas xəttində törətdiyi növbəti təxribat xarakterli hərəkətlər, təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərin intensiv olaraq tanklardan, toplardan və digər artireliya qurğularından istifadə olunmaqla mütəmadi atəşə tutulması fonunda rayonunda əhalinin əhval-ruhiyyəsi yüksək səviyyədədir.
“Qafqazinfo” xəbər verir ki, cəbhə xətti boyunca yerləşən Alıxanlı, Şükürbəyli, Mirzənağılı, Qazaxlar kəndlərinin sakinləri evlərini tərk etməyərək, gündəlik təsərrüfat işləri ilə məşğul olur, öz məişət qayğılarını həll edirlər.
Düşmənlə təmas xəttində yerləşən Mirzənağılı kənd sakini, ağsaqqal Telman Səmədov, Qazaxlar kəndindən ağsaqqal Bayandur Şirinov, Alıxanlı kənd sakini ağsaqqal Camal Quliyev və başqaları son günlər cəbhə xəttində baş verən intensivlikdən qorxmadıqlarını, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər.
Son xəbərlər
Son Xəbərlər