Düşmənin Füzulidə atıb qaçdığı silah-sursatın sayı açıqlandı

dusmenin-fuzulide-atib-qacdigi-silah-sursatin-sayi-aciqlandi
Oxunma sayı: 2024

Füzulinin işğaldan azad edilməsi zamanı düşmənin atıb qaçdığı silah-sursatlrın aşkar edilməsi istiqamətində görülən tədbirlər nəticəsində 38 müxtəlif təyinatlı raket sistemləri, 39 avtomat, 9 pulemyot, 14 qumbaraatan, 118 qumbara, minaatan qurğusu, xeyli sayda müxtəlif çaplı mərmi və minlərlə güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bundan başqa, işğaldan azad edilmiş Qacar kəndi ərazisində yabanı halda bitmiş çəkisi 217 kiloqram olan 1263 çətənə bitkiləri yığılaraq məhv edilib.